METBUAT.AZ

Sağlamlıq

Koronavirusun yeni növü sürətlə yayılır:

16 avq 2023 11:44

"Pandemiyanı tam unutduğumuz zamanda koronavirus yenidən qarşımıza çıxır. "Eris" virusunun sürətlə artması bizə xatırladır ki, fərdi olaraq tədbir görməliyik".

Metbuat.az türk mediasına istinadən bildirir ki, bu sözləri infeksionist, professor Ayşe Willke Topcu deyib. O qeyd edib ki, "Omicron"un alt variantı olan "Eris"dən qorunmaq üçün bəzi şeylərə diqqət etmək önəmlidir:

"Bu virus ölkəmizdə olmasa da, onsuzda koronavirus aramızdan tam ayrılmayıb. Qapalı yerlərdə mümkün qədər az zaman keçirin, açıq havada olun. Düzgün qidalanmaq, bol su içmək və vücudun D vitamini səviyyəsini balansda saxlamaq önəmlidir".


metbuat.az.