17 avq 2023 20:16
“Gəncə” basketbol komandası bütün oyunçuları ilə vidalaşıb.
Metbuat.az xəbər verir ki, bu barədə klubdan bildirilib. Məlumata görə, 2022/2023 mövsümündə qərb təmsilçisinin formasını geyinmiş doqquz basketbolçu ilə yollar ayrılıb
Bunlar Əkbər Məmmədov, Cəbrayıl Əkbərov, Vuqar Məmişov, İslam Rzayev, Amil Həmzəyev , Kollin Törner, Cared Smoul, Cordan Endryus və Calen Qeddidir.
Qeyd edək ki, “Gəncə” klubu ötən mövsüm Azərbaycan Basketbol Liqasının gümüş medallarını və ölkə kubokunu qazanıb.