17 avq 2023 12:29
Tailandda təmizlik işçisi olan qadının davranışı dünya mediasında gündəm olub.
Metbuat.az xəbər verir ki, 55 yaşlı bələdiyyə işçisi Ratree Chumvong küçəni süpürərgən içərisində bir neçə qızıl aksesuar olan şəffaf qapaqlı qutu tapıb. Təxminən 5650 dollar dəyərində olduğu bildirilən qızıl aksesuarlarının zərgərdən alındığını anlayan Ratree, onları sahibinə çatdırmaq üçün polisə xəbər verib. Polisin apardığı iş nəticəsində qızıl aksesuarların sahibi müəyyən edilib. Bahalı zinət əşyaları sahibi fotoqraf İttifona təhvil verilib. Təmizlik işçisi bələdiyyə sədri tərəfindən mükafatlandırılıb. Phetchabun meri Sexan Niyompenq qadına dürüstlüyünə görə təşəkkürnamə və bir qədər pul verib. Sexan bildirib, təmizlik işçisinə bələdiyyədə vəzifə veriləcək.
Qızıl aksesuarlarının dəyərinin təmizlik işçilərinin bir illik maaşına bərabər olduğu bildirilib.