14 avq 2023 23:15
Şəmkirdə Kürdə batan ana və iki oğlu Qazaxda dəfn edilib.
Qazax rayonunun Canalı kəndində yaşayan Günay Kərimova oğlanları Nurlan və Aqşin Kərimovlarla birgə Şəmkirə istirahətə gedib. Kərimovlar ailəsi Kür çayının Şəmkir rayon Dəllər Cırdaxan kəndindən keçən hissəsindəki göldə dincəlmək istəyiblər. Bu zaman evin kiçik oğlu 15 yaşlı Akşin Kərimov çimmək üçün suya atılıb. Boğulmaq üzrə olan Akşini xalasının həyat yoldaşı sudan çıxarmağa çalışıb. Onun dalınca Akşinin anası 38 yaşlı Günay Kərimova, ardınca da qardaşı 20 yaşlı Nurlan Kərimov özünü suya atıb. Nəticədə nə edəcəyini bilməyən Eldəniz Cəfərov özü də boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Qısa müddətdə ana və iki oğlu suda boğularaq dünyalarını dəyişiblər.
Onların meyitlərii tapılıb və aidiyyəti üzrə təhvil verilib. Aqşinin dostu Kərim Kərimov bildirir ki, faciədən əvvəl dostu onunla şəkil çəkdirib, vəsiət edib. Ana və oğullarının cansız bədənləri Canalı kənd qəbiristanlığında torpağa tapşırılıb. Nurlan Kərimov aşıq fəaliyyəti ilə məşğul olub. O, rayonda toy və el şənliklərində iştirak edirmiş.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Daha ətraflı APA TV-nin videosunda: