METBUAT.AZ

Elm və Təhsil

Lisey və gimnaziyalarda boş qalan yerlər üçün seçimin nəticələri

28 avq 2023 12:54

Mərkəzləşdirilmiş qaydada qəbul həyata keçirilən lisey və gimnaziyalarda boş qalan yerlər üçün II seçim mərhələsinin nəticələri elan edilib.

Bu barədə Metbuat.az-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Şagirdlərin elektron yerdəyişmə portalında (www.sy.edu.az/login) şəxsi kabinetə daxil olaraq qəbul nəticələri ilə tanış ola, eyni zamanda şagirdlərin sənədlərini qəbul olduqları müəssisəyə təqdim edə bilərsiniz.

Qeyd edək ki, sənəd qəbulu 30 avqust saat 16:00-dək davam edəcək.


metbuat.az.