5 avq 2023 00:25
Litva Belarusla sərhəddəki bir neçə keçid-buraxılış məntəqəsini bağlamağa hazırlaşır.
Metbuat.az xəbər verir ki, bunu Litva seyminin (parlament) milli təhlükəsizlik və müdafiə komitəsinin sədri Laurinas Kasçyunas bildirib. Onun sözlərinə görə, bəzi məntəqələrin bağlanması zaman məsələsidir və bu, mütləq baş verəcək.
“Əgər vəziyyət pisləşərsə, onda sərhədin tam bağlanması barədə də qərar qəbul olunacaq”, - komitə sədri Litva milli televiziyası və radiosunun efirində belə deyib.