METBUAT.AZ

Dünya

Malatyada zəlzələyə görə 2 bina belə dağıdıldı -

19 avq 2023 09:24

Bu ilin fevralında 6-da Türkiyədə mərkəzi Kahramanmaraş olan güclü zəlzələdən sonra yaşayış binaları ilə bağlı tədbirlər davam etdirilir.

Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, Malatyada 5 il öncə tikilən və zəlzələ zamanı dayanıqlığını itirən 12 mərtəbəli 2 bina dağıdılıb.

Mütəxəssis qruplar tərəfindən təhlükəsizlik tədbirlərinin alındığı bina 160 kiloqram partlayıcı istifadə edilərək qısa müddətdə nəzarətli şəkildə sökülüb.

Daha 1400 binanın bu formada söküləcəyi bildirilir.



metbuat.az.