METBUAT.AZ

İdman

"Mançester Siti”nin sahibi Türkiyənin futbol klubunu aldı

23 avq 2023 14:50

Birləşmiş Ərəb Əmirliklərinin nəzarətindəki “City Football Group” Türkiyə Superliqasından klub almaq üçün danışıqlar aparır.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, şirkətin almaq istədiyi klubun adı barədə məlumat verilməyib. Danışıqların məxfi davam etdiyi, tərəflərin razılığa gəldiyi və razılaşmanın tezliklə açıqlanacağı bildirilir.

Qeyd edək ki, “Mançester Siti”, “Nyu-York Siti”, “Melbourne Siti”, “Yokohama F. Marinos”, “Montevideo Siti Torque”, “Jirona FC”, “Schuan Jiuniu”, “Mumbai Siti FC”, “Lommel SK”, “Esparence Sportive Troyes”, “Palermo”, “Bahia”, “Club Bolivar Siti” klubları “City Football Group”a daxildir. “City Football Group”, “Mançester Siti” çətiri altında futbol fəaliyyətlərinə nəzarət etmək və əlaqəli klub şəbəkəsinin qurulması və idarə edilməsi üçün qurulan holdinqdir. Şirkətin sahibləri “Abu Dhabi United Group” ilə birlikdə Çinin “China Media Capital” və “CITIC Capital” şirkətləridir.


metbuat.az.