16 avq 2023 13:00
Amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsindəki səhifəsində bildirib ki, Meta korporasiyasının rəhbəri Mark Zukerberq onunla Roma Kolizeyində döyüşməkdən imtina edib.
Metbuat.az-ın məlumatına görə, Mask Zukerberq evini “təhlükəsiz məkan” kimi təklif edib: "Təəssüf ki, o, səyahət edirdi", - iş adamı vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl İtaliyanın mədəniyyət naziri Gennaro Sanqiuliano bildirmişdi ki, sahibkarlar İlon Mask və Mark Zukerberq arasında mümkün duel üçün konkret mədəniyyət obyektinin olması barədə qərar tarixi yerlərin qorunmasına cavabdeh olan texniki mütəxəssislər tərəfindən veriləcək.