31 avq 2023 11:38
Göydə yaşanan hər bir hadisə bürclər arasında müxtəlif dəyişikliklərə və yeniliklərə səbəb olur. Avqust ayının ikinci super ay hadisəsi olan Mavi Ayın görünməsi bəzi bürclərin həyatına xüsusilə pozitiv dəyişikliklər gətirəcək.
Metbuat.az proqnozlara əsasən xəbər verir ki, Qoç bürcü Mavi Ayın təsirlərini hiss edəcək ilk bürclərdən olacaq. Əziz Qoçlar, insanlarla harmoniyada olacağınız xoş günlər uzaqda deyil, yavaş-yavaş arzularınıza yaxınlaşmağa başlayacaqsınız. Tezliklə bütün mövcud problemlərdən qurtulub həyatınızda yeni səhifə aça bilərsiniz.
Mavi Ayın təsirləri Dolça bürcündə xoş xəbərlər gətirəcək. İş həyatında baş verən müxtəlif yüksəlişlər maddi qazanc əldə etmənizi təmin edəcək. Şəxsi həyatınızda yaşadığınız psixoloji vəziyyət də bitmək üzrədir. Artıq ətrafınıza qarşı daha çox həssas olacaqsınız.
Buğalar bir neçə gün ərzində özlərini daha sabit və təhlükəsiz hiss edə biləcəklər Cari münasibətlərinizə və ya karyeranıza diqqət yetirmək üçün ideal vaxt ola bilər.
Əkizlər isə yorğunluq sindromundan sonra bu müddət ərzində daha ünsiyyətcil və yaradıcı hiss edəcəklər. Yeni ideyalar və layihələr üzərində işləmək üçün əsl uyğun zamandır.
Emosionallıq bürcünün xas əlaməti olan Xərçənglər Mavi Ayın təsirindən daha həssas olacaqlar. İmkan tapanda yaxınlarınıza qarşı daha yaxın olun, bu sizin əhvalınızı dəyişə bilər.
Aidə / Metbuat.az