METBUAT.AZ

İdman

Mbappedən sonra Neymardan sürpriz qərar

8 avq 2023 11:41

Neymar PSJ rəhbərliyinə klubdan ayrılmaq istədiyini bildirib.

Metbuat.az xəbər verir ki, bu barərədə Fransa mənbələri məlumat verib. “L'Equipe” qəzetinin məlumatına görə, 31 yaşlı futbolçu PSJ rəsmilərinə qərarını bəyan edib. Məlumata görə, Neymarın hazırki transfer dəyəri 60 milyon avrodur. Onun klubu ilə 2025-ci ilə qədər müqaviləsi var. Neymar 5 mövsümdür PSJ-də oynayır. Klubun Neymarın qərarına necə cavab verdiyi məlum deyil.

Qeyd edək ki, bundan əvvəl PSJ klubunun da Neymarı satmaq istədiyi barədə iddialar var idi.


metbuat.az.