25 avq 2023 12:38
Münaqişətərəfi olmuş cəmiyyətlər arasında dayanıqlı sülhün əldə edilməsi üçün həmin cəmiyyətlər nəzəri baxımdan sülhə hazırlanmalıdırlar. Beynəlxalq statuslu jurnalist təşkilatlarından olan “Free Press Unlimited”in “Sülh quruculuğu və media” adlı hesabatında qeyd edilir ki, münaqişələr fərqli motivlər üzərində baş verirlər, savaş alətlərinə görə fərqlənirlər. Amma münaqişələrdən sonra başladılan sülh quruculuğu prosesində oxşar metodlardan, bənzər alətlərdən istifadə edilir. Sülh quruculuğu üçün istifadə edilən mühüm alətlərdən biri də mediadır. Media münaqişədə olmuş cəmiyyətlər arasında qarşılıqlı etimadın formalaşdırılması üçün alət rolunda çıxış edə bilir.
“Deutsche Welle”in Almaniya Jurnalistlər Birliyi (VERDİ) ilə birgə hazırladığı “Media və Münaqişə Hesabatı”nda da bənzər fikirlər paylaşılır. Hesabatda qeyd edilir ki, “məlumat ictimai rəyə təsir edir, münaqişədə olmuş icmaların qavrayışlarını dəyişdirə bilir. Bu kontekstdə media sülh quruculuğu prosesinə töhvə verə bilir”.
Media sülh quruculuğu prosesində praktiki baxımdan necə iştirak edə bilir?
Mövzu üzrə suallarımızı Avropa Jurnalistlər Federasiyasının baş katibi, media mütəxəssisi Ricardo Gutierez cavablandırıb.
- Sual: Siz sülh quruculuğu prosesində medianın rolunu necə görürsünüz? Bu suala həm media mütəxəssisi, həm də Avropa Jurnalistlər Federasiyasının (EFJ) baş katibi qismində cavab verməyinizi istəyirik.
Jurnalistlərdə münaqişəni ehtiva edən informasiyalara həssas yanaşma bacarıqları formalaşdırmaq lazımdır. Bunun üçün təlimlər təşkil edilməlidir. Professional təlim vacib elementdir. Sülhyaratma prosesində iştirak jurnalistlər üçün xüsusi təcrübə proqramlarının həyata keçirilməsini tələb edir. Bu, cəmiyyətə xidmət edən keyfiyyətli jurnalistika üçün sərmayədir.
Hazırladığımız məqalələr Azərbaycan və Ermənistan KİV-lərinin sülhyaratma prosesində iştirakını stimullaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Sülhyaratma prosesində medianın rolu” mövzusunda tədbirlərin təşkili” adlı layihəçərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
Məqalələr maarifləndirici xarakterlidir. KİV-lərin və jurnalistlərin sülhyaratma prosesində rolu barədə məlumatlandırma işinin aparılması üçün nəzərdə tutulur. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Bu isəjurnalistlərin sülhyaratma prosesində peşəkar iştirakının təmin edilməsinə yardım göstərir.
Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ
Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.