30 avq 2023 12:35
Xətai rayonunda yerləşən ‘Medica Hospital’da xəstə əməliyyat zamanı ölüb.
Metbuat.az xəbər verir ki, bu barəd Baş Prokuroluğun mətbuat xidmtəi məlumat yayıb.
Qeyd edilib ki, avqustun 29-da 1961-ci il təvəllüdlü Nailə Mustafayevanın Xətai rayonunda yerləşən ‘Medica Hospital’ xəstəxanasında sağ ayağının amputasiyası cərrahi əməliyyatı zamanı ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.