METBUAT.AZ

Dünya

Məhkəmə İmran Xanla bağlı

29 avq 2023 12:51

İslamabad məhkəməsi Pakistanın sabiq Baş naziri İmran Xanın cəzasını ləğv edib.

Metbuat.az “Al Jazeera“yə istinadən xəbər verir ki, onun girov müqabilində həbsdən buraxılmasına qərar verib.

Qeyd edək ki, bu ilin iyun ayında İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ölkənin sabiq Baş naziri və müxalif Pakistan Ədalət Hərəkatı Partiyasının (PTI - Pakistan Tehreek-e-Insaf) rəhbəri İmran Xan, ona və həyat yoldaşına məxsus “Əl-Qadir” fondundan istifadə edərək çirkli pulların yuyulmasında ittiham olunur.

Sabiq hökumət başçısının rəhbərlik etdiyi dövrdə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğinin leqallaşdırılmasına görə İmran Xan adı açıqlanmayan daşınmaz əmlak firmasından milyardlarla rupi pul vəsaiti almaqda təqsirli bilinir.


metbuat.az.