METBUAT.AZ

Ölkə

Məişət zorakılığı cinayətlərinin sayı

14 avq 2023 15:26

Cari ilin yanvar-iyun ayları ərzində qeydə alınmış cinayət hadisələrinin 754-ü və ya 3,9 faizi məişət zorakılığı ilə bağlı olub.

Bu barədə Metbuat.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu da əvvəlki ilin müvafiq dövrünün göstəricisindən 1,2 faiz çoxdur.

Məişət zorakılığı ilə bağlı cinayətlərin 95-i əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 24-ü isə sərxoş vəziyyətdə törədilib. Məişət zorakılığı nəticəsində baş vermiş cinayətlərin 90,3 faizi qəsdən sağlamlığa az ağır və ya yüngül zərər vurma, 5,0 faizi qəsdən adam öldürmə və ya adam öldürməyə cəhd, 3,2 faizi qəsdən sağlamlığa ağır zərər vurma, 1,5 faizi isə digər cinayətlərə aiddir.


metbuat.az.