24 avq 2023 11:38
Ölkə üzrə forma seçimindən imtina etmiş məktəb qeydə alınmayıb.
Metbuat.az Trend-ə istinadən bildirir ki, bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.
Qeyd edək ki,Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq ediləcək.
Həmin qərarda məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Xatırladaq ki,Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, məktəblər forma seçimində müstəqildirlər, hətta bundan imtina edə bilərlər.