METBUAT.AZ

Elm və Təhsil

Məktəbəhazırlıq qruplarına qeydiyyatdan keçən uşaqların sayı

17 avq 2023 11:40

Avqustun 17-si saat 10:00-a olan məlumata əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına 20 min 871 uşaq elektron qeydiyyatdan keçib.

Metbuat.az xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib. Bildirilib ki, valideynlər (digər qanuni nümayəndələr) www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə özünün və övladının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçə bilər. 2023-2024-cü tədris ili üzrə məktəbəhazırlıq qruplarına 2018-ci ildə anadan olmuş uşaqlar cəlb olunurlar.

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq. Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.


metbuat.az.