2 avq 2023 00:15
Əməkdar artist Məlahət Abbasovanın qızı Avstriyada yaşayacaq.
Metbuat.az xəbər verir ki, bu barədə aktrisa özü məlumat yayıb. O bildirib ki, qızı Sude təhsili üçün Zalzburqa yollanıb. O, Motsart Akademiyasında təhsil alacaq.
"Təhsiliniz üçün atacağınız hər addım uğurlu olsun. Avstriya, Zalzburq, Motsart Akademiyası... Gözəl qızım, həyat hər zaman səni güldürsün və sənə gülsün" deyə, M.Abbasova bildirib.
Qeyd edək ki, Türkiyədə yaşayan M.Abbasovanın bir oğul övladı da var.