METBUAT.AZ

Ölkə

Metronun bu stansiyasında texniki səbəblərdən

1 avq 2023 09:20

Bənövşəyi xəttin "Xocəsən" stansiyasından sınaq xarakterli ilk qatar yola salındıqdan sonra texniki səbəblərdən yüksək gərginlik itməsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, nəticədə qrafik üzrə növbəti qatarın stansiyadan yola salınmasında 20 dəqiqə yubanma qeydə alınıb.

Lakin Bənövşəyi xəttin "Avtovağzal-8 Noyabr" sahəsində qatarların hərəkəti intervallara riayət olunmaqla qrafik üzrə təmin olunub.

Baş vermiş hadisə ilə bağlı hazırda texniki araşdırma aparılır.


metbuat.az.