3 avq 2023 15:49
“Meyxəbər” verilişinin formatını normal qəbul edirəm. Cəmiyyətin böyük əksəriyyəti meyxanaya meyillidir. Baş verən hadisələrə meyxanaçıların təqdimatında nəzər salınması maraqlıdır. İndiyə qədər “Meyxəbər”ə baxmamışam, böyük məmnuniyyətlə növbəti buraxılışlara baxacağam ki, görüm nə danışırlar. Amma heç nə məni təəccübləndirməyəcək, çünki özümüzü görəcəyəm".
Metbuat.az "Pravda.az"a istinadən bildirir ki, bu sözləri tanınmış şair Baba Vəziroğlu deyib. O, həmçinin əlavə edib:
"Elə bil tində oturublar, gündəlik baş verən hadisələr barədə öz fikirlərini söyləyirlər. Hər kəs öz səviyyəsində danışır. Elə bilirsiniz ki, siyasi verilişlərdə danışan bəzi deputatlarımız, alimlərimiz meyxanaçılardan ağıllı danışırlar? Bəzi deputatlar, alimlər, hətta guya politoloqlar elə danışırlar ki, yumşaq sözlə desək, adamın əti tökülür. Meyxanaçılar heç olmasa səmimidirlər".