25 avq 2023 17:07
"Ermənistan hakimiyyəti və Arayik Arutyunyan Qarabağı Azərbaycana təhvil vermək üçün müəyyən siyasi fiqurlarla müzakirələr aparır".
Metbuat.az bildirir ki, bunu erməni politoloq Ara Vardanyan “pastinfo”ya müsahibəsində deyib. O qeyd edib ki, Xankəndidə Qarabağın Azərbaycana təhvilinə razı olanlar var və onlardan biri Samvel Babayandır:
"Onlar artıq bu məsələdə razılığa gəliblər. Bölgədə yeni hərbi əməliyyatların başlama təhlükəsi mövcuddur. İran və Rusiya müharibə olmasına qarşıdır. Əgər müharibə olsa, Azərbaycan Göyçə gölünü götürəcək. Azərbaycan prezidenti də dəfələrlə deyib ki, Göyçə (Sevan gölü) onlarındır".