METBUAT.AZ

Dünya

Müharibə Ukraynadan bu bölgəyə keçir -

4 avq 2023 12:52

Nigerdə hərbi çevriliş həyata keçirən “Vətəni Müdafiə Milli Şurası” bəyanat yayıb.

Metbuat.az xəbər verir ki, bəyanatda deyilir ki, Nigerin Paris, Abuca, Lome və Vaşinqton səfirləri vəzifələrindən uzaqlaşdırılıb. Şura xalqı xarici ölkələrin casuslarına və ordularına qarşı diqqətli olmağa çağırıb. Bəyanatda Fransa ilə bütün hərbi əməkdaşlıq və imzalanmış protokolların dayandırıldığı qeyd edilib. Şura həmçinin bəyan edib ki, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi Nigerə hərbi müdaxilə edərsə, Niger birlik üzvlərindən birinə hücum edəcək. Bəyanatda deyilir ki, Niger dost ölkə olan Qvineya, Mali, Burkina Fasoya hücum etməyəcək.

Qeyd edək ki, Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi Prezident Məhəmməd Bazumun azad edilməsi və vəzifəsinə qayıtması üçün Niger ordusuna xəbərdarlıq edib. Bildirilib ki, ordu çağırışa əməl etməsə Nigerə hərbi müdaxilə ediləcək. Bunun üçün ABŞ və digər ölkələrin köməyindən də istifadə edilər.

Nigerdə devrilmiş prezident Qərb tərəfdarı idi. Ordu isə Rusiyanı dəstəkləyir.


metbuat.az.