2 avq 2023 00:28
Naxçıvanda üç qurum ləğv olunub.
Metbuat.az Report-a istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov fərman imzalayıb.
Fərmanla Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Elmin İnkişafı Fondu ləğv edilib.