8 avq 2023 10:19
Naxçıvanda keçiriləcək “Aqro festival” istilər səbəbindən təxirə salınıb.
Metbuat.az xəbər verir ki, bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, festival 8-9 sentyabr tarixlərində baş tutacaq. Bildirilib ki, məqsəd həm festival iştirakçılarının rahatlığını təmin etmək, həm də sərgilənəcək məhsulların keyfiyyətini qorumaqdır.
Qeyd edək ki, festivalın avqustun 25 və 26-da keçiriləcəyi nəzərdə tutulmuşdu.
Xatırladaq ki, son günlər Azərbaycanda havanın temperaturu artıb və bununla bağlı əhaliyə xəbərdarlıq edilib.