1 avq 2023 12:54
Naxçıvan Ali Məclisi Bəxtiyar Məmmədovun muxtar respublikanın Baş nazirinin yeni müavini təyin olunmasını təsdiqləyib.
Metbuat.az xəbər verir ki, bu barədə qərar muxtar respublikanın qanunverici orqanın avqustun 1-də keçirilən növbədənkənar sessiyasında qəbul olunub.
Toplantıda Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini təyin edilməsi haqqında Naxçıvan Muxtar Respunlikası Ali Məclisinin sədrinin fərmanı təsdiqlənib.