METBUAT.AZ

Dünya

Nazirdən maddi çətinlik çəkən təqaüdçülərə qəribə tövsiyə -

3 avq 2023 12:42

Böyük Britaniyanın əmək naziri Mel Stride maddi çətinlik içində olan yaşlı şəxslərə qəribə tövsiyə verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, maddi çətinliklə üzləşən təqaüdçülər velosipedə kuryer kimi fəaliyyət göstərə bilər. Nazir qalmaqallı açıqlamanı "The Times" qəzetinə verib. O bildirib ki, maddi çətinlik çəkən yaşlılar əvvəllər ağlına belə gətirmədikləri şeyləri etmək barədə düşünməlidir.

“Ümumilikdə gənclərin üstünlük verdiyi kuryer işlərində yaşı 50-dən çox olan şəxslər də işləyə bilər. Əgər qocalıqda həyat tərzinizi qorumaq istəyirsinizsə, bunu etməlisiniz” - Mel Stride deyib.

Nazir işəgötürənləri yaşlı insanların iş həyatına qayıtması üçün lazımi şərait yaratmağa çağırıb. Stride bildirib ki, yaşlı insanlar düşdükləri vəziyyətdən xəbərdar olmalı və fürsətlərdən istifadə etməlidirlər.



metbuat.az.