17 avq 2023 15:19
Türkiyəli məşqçi Sergen Yalçın “Neftçi” klubu ilə razılığa gələ bilməməsinin səbəblərindən danışıb.
Metbuat.az "Milligazete"yə istinadən xəbər verir ki, o Türkiyə mediasına açıqlamasında bildirib ki, danışıqlar məhsuldar keçsə də, maliyyə məsələlərində razılığa gələ bilməyiblər.
““Neftçi Bakı” ilə görüşdük. Əslində danışıqlar yaxşı keçdi. Lakin maddi problemlər oldu. Öz müqaviləmdən bəhs etmirəm. Klubun büdcəsi istədiyim kimi deyildi. Azərbaycana futbolçu gətirmək asan deyil. Onlar buna çox da hazır deyildi” - Sergen deyib.
Qeyd edək ki, Sergen Yalçınla razılığa gələ bilməyən “Neftçi” baş məşqçi postuna Adrina Mutunu gətirib.