METBUAT.AZ

İdman

Neymar ərəbləri soğan kimi soydu -

17 avq 2023 09:12

Xəbər verdiyimiz kimi "Əl-Hilal" klubu Neymarı transfer edib.

Metbuat.az braziliyalı yarımmüdafiəçi ərəb klubu 2+1 formatında müqavilə imzlayıb. Neymar bu müddət ərzində təxminən 160 milyon avro qazana biləcək. PSJ-nin bonuslar da nəzərə alınmaqla, futbolçunun transferinə görə 120 milyon avroya qədər alacağı bildirilir. Xarici KİV-lər yazır ki, Neymar bunlarla kifayətlənməyib və “Əl-Hilal”a başqa tələblər irəli sürüb. Neymar özü üçün “Bentley Continental GT”, “Aston Martin DBX” və “Lamborghini Huracan” markalı avtomobillər tələb edib. O, yaxınları üçün 4 ədəd “Mercedes G” və 1 ədəd “Mercedes” markalı mikroavtobus tələb edib.

Nəqliyyat vasitələri ilə yanaşı, o, özü, dostları və ailəsi üçün ilin hər günü 24 saat işləyə bilən sürücülər də tələb edib. Neymar hətta soyuducu üçün də tələblər irəli sürüb. O, sevimli içkisi olan “Açai “şirəsi və dostları və ailəsi üçün “Guarana” içkisinin təmin edilməsini tələb edib. Bundan əlavə, onun evində 3 müxtəlif sauna, həmçinin şəxsi aşpaz, 5 tam ştatlı işçi və 2 təmizlik işçisi olacaq. O, “Əl-Hilal”ın sahiblərindən otel, restoran və şəhərlərdə qalmaq üçün bütün xərcləri qarşılamağı xahiş edib.


metbuat.az.