23 avq 2023 09:47
“Əl-Hilal” klubuna transfer olan Neymarın Parisdən Ər-Riyada uçarkən istifadə etdiyi təyyarə gündəm olub.
Metbuat.az xəbər verir ki, Neymar Ər-Riyada “Boeing 747” tipli təyyarə ilə uçub. Bildirilir ki, “Boeing 747” tipli təyyarə əslində 400 nəfərlikdir. Neymar isə həmin təyyarədən özəl təyyarə kimi istifadə edərək, Ər-Riyada tək uçub. Futbolçunun bu davranışı azarkeşlər tərəfindən sərt tənqid edilib.
Qeyd edək ki, braziliyalı yarımmüdafiəçi ərəb klubu ilə daha bir mövsüm uzadılmaq şərti ilə iki illik müqavilə imzalayıb. Neymar bu müddət ərzində təxminən 200 milyon avro qazana biləcək. PSJ-nin bonuslar da nəzərə alınmaqla, futbolçunun transferinə görə 120 milyon avroya qədər alacağı bildirilir.