METBUAT.AZ

İdman

Nicat Abasov bu gün Maqnus Karlsenlə

19 avq 2023 09:24

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün yarımfinal mərhələsinin ilk oyununu keçirəcək.

Metbuat.az bildirir ki, 28 yaşlı qrossmeyster Beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə üz-üzə gələcək.

Abasov qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.


metbuat.az.