20 avq 2023 19:09
Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunun yarımfinal mərhələsinin ikinci oyununda beşqat dünya çempionu norveçli Maqnus Karlsenlə qarşılaşıb.
Metbuat.az bildirir ki, Nicat bu oyunda ağ fiqurlarla oynayıb və heç-heçə ilə kifayətlənməli olub.
İlk oyunda qələbə qazanan Karlsen finala adlayıb.
Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.