17 avq 2023 16:02
Niger ABŞ üçün çox kritik tərəfdaşdır və oradakı bazalara yüz milyonlarla dollar sərmayə qoyub.
Metbuat.az xəbər verir ki, bu barədə Pentaqondan açıqlama verilib. Açıqlamada hərbi çevrilişin baş verdiyi Nigerdəki gərginliyin diplomatik həlli barədə çağırış edilib.
“Niger ABŞ üçün çox kritik bir tərəfdaşdır. Biz hərbi müdaxilə ilə bunun bitməsini istəmirik. Biz bunun sülh yolu ilə həll olunmasını istəyirik və əlbəttə ki, diplomatiyaya arxalanırıq. Biz heç vaxt heç diplomatiya seçimini aradan qaldırmadıq” - açıqlamada deyilir.
Qeyd edək ki, ABŞ Nigerdəki hadisələri hərbi çevriliş kimi qəbul etmirdi. Lakin Pentaqon qeyd edib ki, ABŞ hadisələri hərbi çevrilişə cəhd kimi nəzərdən keçirə bilər.