31 avq 2023 17:49
Nigerdəki hərbi adminstrasiya Fransa səfiri Silvain İttenin toxunulmazlığının qaldırıldığını və deportasiya ediləcəyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Niger Xarici İşlər Nazirliyindən Fransa Xarici İşlər Nazirliyinə göndərilən notada qeyd edilib. Bildirilib ki, səfirin ölkədən çıxması tələb edilsə də, o Fransaya qayıtmayıb.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron səfir Silvain İttenin geri çağrılmayacağını bəyan edib. O bildirib ki, Fransa Nigerdəki hərbi adminstrasiya hökumətini qəbul etmir və ona görə də, qarara əməl etməyəcək.