METBUAT.AZ

Dünya

Nigeriya Fransanın ölkəsində olan səfirinə

26 avq 2023 10:38

Nigerdə xunta rəhbərliyi Fransanın Niameydəki səfiri Silvain Itte-nin ölkəni tərk etməsi üçün 48 saat vaxt verdiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Niger Xarici İşlər Nazirliyi məlumat yayıb.

Paris isə artıq tələbi yerinə yetirməkdən imtina edib. Fransa Xarici İşlər Nazirliyi hesab edir ki, “üsyançıların səfiri ölkədən çıxarmaq səlahiyyəti yoxdur”.

Qeyd edək ki, Nigerdə iyulun 26-da hərbçilərin hakimiyyəti ələ keçirməsindən sonra ölkədə başlayan siyasi böhran davam edir.


metbuat.az.