METBUAT.AZ

Dünya

"O əslində sağdır" - Təyyarədə olan Priqojin isə... -

24 avq 2023 11:25

Böyük Britaniyada yerləşən “Chatham House” analitik mərkəzinin rusiyalı eksperti Keir Giles “Vaqner” muzdlularının lideri Yevgeni Priqojinlə bağlı iddia səsləndirib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, Priqojinin öldüyü barədə fikir irəli sürərkən bəzi məsələlərə diqqət etmək lazımdır. Eskpertin sözlərinə görə, buna qədər dəfələrlə Priqojinin harada olduğunu gizlətmək üçün müxtəlif şəxslərin adı Yevgeni Priqojin olaraq qeyd edilib. Bununla da, əsl Priqojinin harada olduğunu müəyyən etmək mümkün olmur. Ekspert bildirib ki, təyyarədə həyatını itirən Yevgeni Priqojin adlı şəxs də “Vaqner”in lideri olmaya bilər.

Qeyd edək ki, Rusiyanın “Vaqner” muzdlu dəstəsinin lideri Yevgeni Priqojinin olduğu təyyarənin paytaxt Moskva yaxınlığında qəzaya uğradığı və təyyarədə olanların hamısının öldüyü qeydə alınıb.


metbuat.az.