13 avq 2023 16:14
"Həyatımın 56-cı ili, xoş gəldin! İnsan ömrü kitab kimidir. Hər gün bir səhifədir. Səhifələr çevrilir, kitab bağlanır. Bəzi kitablar həmin an unudulur, bəziləri qalır, insanlığa yol göstərir. İnsanın həyatdakı ən böyük xəzinəsi dünyadakı çirkablığa bulaşmayaraq, vicdanını təmiz saxlaya bilməsidir. Çünki vicdan yaradan tərəfindən insanlara verilən ilahi takibdir. Mənim vicdanım rahatdır".
Metbuat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial media hesabında yazıb. Bu gün 56 yaşı tamam olan aktrisa təəssüratlarını bölüşüb:
"Doğru bildiyim yolda hər zaman əlimdən gələni etmişəm və edəcəyəm. Atatürkün "sənətkar əl öpməz, sənətkarın əli öpülər" sözünü özümə rəhbər tutaraq, şəxsi çıxarlarım üçün heç bir qapıdan əyilərək keçmədim. Həyatda insanın özünə məxsus duruşu, əqidəsi olmalıdır. Zülmə qarşı əyilməməli və başı dik olmalıdır, əyri yox! Yanında olmalıdır, hər məzlumun. Dürüst şəkildə, qorxusuzca haqlını müdafiə etməli, haqsızı yox! Qarşısında durmalıdır zalimlərin! Sonda isə bunu demək istəyirəm ki, mən göyüzü kimiyəm. Bəzən kəskin küləyim dondurar, bəzəndə heç gözləmədiyiniz anda çıxan günəşim isidər. İçimdə çaxan ildırımların səsləri bürüyər hər yeri. Göy üzü qədər bilinməz biriyəm... Özümə yalnız və yalnız cansağlığı arzulayıram. Uca Allah vətənimizi, xalqımızı qorusun. Təbriklərinizə görə hər birinizə təşəkkürlərimi bildirirəm".