21 avq 2023 15:36
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə 27 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Metbuat.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxanlardan vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 832071 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 747 nəfər müalicə olunaraq sağalıb, 10295 nəfər vəfat edib, aktiv xəstə sayı 29 nəfərdir.
Ölkədə son həftə ərzində 2516, hazırkı dövrədək isə 7 668 437 test aparılıb.