METBUAT.AZ

Hadisə

On doqquz heyvan kəsimi və ət satışı məntəqəsi ilə əlaqədar

30 avq 2023 15:43

Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Metbuat.az xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məluat verilib. Avqustun 29-da aparılan monitorinqlər zamanı Bakı şəhəri, Ağcabədi, Qax, Tovuz, İsmayıllı və Masallı rayonlarında fəaliyyət göstərən 19 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkarlanıb.

Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar tədbir görülüb.

Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilmiş və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə https://afsa.gov.az/az/xeberler/qanunsuz-heyvan-kesiminin-qarsisinin-alinmasi-istiqametinde-tedbirler-davam-etdirilir-29-avqust linkində tanış olmaq olar.

Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.


metbuat.az.