METBUAT.AZ

Ölkə

Onların da övladları tələbə oldu -

31 avq 2023 09:11

Xəbər verdiyimiz kimi, dünən ali təhsil müəssisələrinə ixtisas seçiminin cavabları açıqlanıb.

Metbuat.az xəbər verir ki, tanınmış jurnalistlərin övladları da tələbə adını qazanıb.

Əməkdar artist Elnur Əhmədovun qızı Azərbaycan Turizm və Menecment Universitetinin turizm işinin təşkili ixtisasına qəbul alıb.

Jurnalist Könül Ayparanın qızı Azərbaycan İqtisad Universitetinə qəbul olub.


Jurnalist Elnur Niftəliyevin qızı Azərbaycan İqtisad Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin tələbəsi olub.

Bakı Dövlət Universitetinin dosenti, jurnalist Vəfa Aslanın oğlu Azərbaycan Tibb Universitetinə qəbul alıb.



Azərbaycanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yunis Orucun qızı da tələbə adını qazanıb.



metbuat.az.