5 avq 2023 12:51
Xəbər verdiyimiz kimi, Rəcəb Zakir oğlu Rəhimli Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Metbuat.az xəbər verir ki, Rəcəb Rəhimli daha əvvəl Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri işləyib.
O, siyasi elmlər üzrə fəlsəfə doktorudur. Xaricdə və respublikamızda nəşr olunmuş 5 monoqrafiyanın, 3 kollektiv kitabın, Ali məktəblər üçün 1 dərsliyin, 70 elmi məqalənin müəllifidir.
Xatırladaq ki, Prezidentin sərəncamı ilə Ordubadın keçmiş icra başçısı Elşad Novruz oğlu Məmmədov bu ilin martında vəzifəsindən azad edilmişdi.