10 avq 2023 10:52
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-in Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 81 yanğına çıxış və 11 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 12 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi olan 6 nəfər xilas edilib, yanğın zamanı 1 nəfər xəsarət alıb. Həmçinin, Lənkəran şəhərində dənizdə nəzarətsiz ərazidə batmış 1 nəfərin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.