METBUAT.AZ

Dünya

Pakistanda güclü zəlzələ olub

5 avq 2023 10:40

Pakistanda Rixter şkalası üzrə 5 bal gücündə zəlzələ qeydə alınıb.

Metbuat.az xəbər verir ki, məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi də təsdiq edib.

Yeraltı təkanların episentri Xeybər-Paxtunxva (Sərhəd) vilayətinin Battaqram şəhərindən 25 km şimal-qərbdə, 43 km dərinlikdə yerləşib. Qeyd edilib ki, zəlzələdən sonra 4 və 5 maqnituda arasında iki afterşok qeydə alınıb.

İlkin məlumatlara görə, zəlzələ nəticəsində tələfat və dağıntı qeydə alınmayıb.


metbuat.az.