24 avq 2023 09:12
“Vaqner” muzdlu dəstəsinin lideri Yevgeni Priqojinin olduğu təyyarə düşərkən Rusiya Prezidenti Vladimir Putin Kursk vilayətində olub.
Metbuat.az xəbər verir ki, bu barədə Rusiya mənbələri məlumat verib. Bildirilir ki, Putin Kurs vilayətinə Kursk döyüşündəki qələbənin 80-ci ildönümünü qeyd etməyə gəlib. Rusiya lideri təntənəli tədbirlərin keçirildiyi Ponıri kəndinə gedib. Putin səhnəyə çıxaraq tamaşaçıları döyüşdə qələbənin 80 illiyi münasibətilə təbrik edib. İddialara görə, Putin Priqojinin təyyarəsinin yerə düşməsi barədə xəbəri də burada alıb.
Qeyd edək ki, Rusiyanın rəsmi dairələri Yevgeni Priqojinin olduğu təyyarənin düşməsi nəticəsində 3-ü ekipaj üzvü olmaqla 10 nəfərin həlak olduğunu yazıb. Onların arasında Yevgeni Priqojin də var.