24 avq 2023 12:47
Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarənin göyərtəsində Yevgeni Priqojin və Dmitri Utkinlə birgə “Vaqner” özəl hərbi şirkətinin rəis müavinlərindən biri Valeri Çekalov olub. O həm də, şirkətin mühafizə xidmətinin işinə nəzarət edirmiş.
Metbuat.az xəbər verir ki, "Mash" Teleqram kanalının məlumatına görə, gəminin komandiri Aleksey Levşin vaxtaşırı Priqojinin uçuşları ilə məşğul olub. O bir neçə ay ekipajda yeganə stüardessa Kristina Raspopovanın da olduğu komanda ilə birlikdə o, biznesmen üçün rotasiya əsasında işləyib.
Sərnişinlər arasında Ukraynada döyüşlərdə aktiv iştirak etmiş "Vaqner" döyüşçüləri Sergey Propustin, Yevgeni Makaryan və Aleksandr Totmin də olub.
Qeyd edək ki, ekipaj arasında azərbaycanlı olduğu ehtimal edilən tatar əsilli Rüstəm Kərimov da var. O, Embraer-135 özəl jetinin ikinci pilotu olub.
Məlumata görə, R.Kərimov əslən Perm vilayətindəndir. 29 yaşlı Rüstəm Kərimov Ryazan vilayətindəki Sasovo Mülki Aviasiya Uçuş Məktəbinin məzunudur. O, 2019-cu ildə evlənib.
Qəzada həlak olanlardan biri Yevqeni Makaryan əslən ermənidir.
"Sputnik Armenia" yazır ki, 38 yaşlı erməni "Makar" çağırış nişanlı "Vaqner" veteranlarından biri, keçmişdə rayon polisi olan Yevgeni Vardanoviç Makaryandır. Nəşr əlavə edir ki, Makaryan Suriyada döyüşüb və hətta 2017-ci ilin yanvarında Amerika təyyarələri ilə toqquşmadan sağ çıxıb.