METBUAT.AZ

İdman

PSJ Mbappe ilə müqaviləni uzatmaq istəyir

13 avq 2023 15:55

Fransanın Paris Saint-Germain futbol klubu hücumçu Kilian Mbappe ilə müqaviləni uzatmaq istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.

Mənbənin sözlərinə görə, PSJ Mbappenin 2022-ci ildə verdiyi vədlərə əməl olunmasını istəyir.

Xatırladaq ki, ötən ilin mayında mətbuatda Mbappenin PSJ ilə 2024-cü ilin yayına qədər qüvvədə olan yeni müqavilə imzaladığı barədə məlumatlar yayılmışdı. Eyni zamanda, digər mənbələr futbolçunun artıq “Real Madrid”lə müqavilə imzaladığını bildirib.


metbuat.az.