METBUAT.AZ

İdman

PSJ Mbappenin "Real"a satılmasına razılıq verdi -

22 avq 2023 11:04

PSJ bu yay fransız ulduzu Kilian Mbappeni satmağa hazırdır.

Metbuat.az xarici mediaya istinadən bildirir ki, klubun "Real Madrid"dən təklif gözlədiyi və hücumçu üçün 250 milyon avro tələb etdiyi qeyd edilir.

Qeyd edək ki, Mbappe PSJ ilə müqaviləni 2024/25 mövsümü üçün avtomatik uzatmaq variantından imtina edib və gələn yaydan azad agent olacaq. Buna görə də, PSJ onu əsas komandadan uzaqlaşdırsa da, sonradan geri qaytarıb.


metbuat.az.