METBUAT.AZ

İdman

PSJ-nin futbolçusu qərarını dəyişdi -

7 avq 2023 16:05

“Qalatasaray"la müzakirə aparmaqdan imtina edən PSJ-nin futbolçusu Leandro Paredes qərarını dəyişdirib.

Metbuat.az Türkiyənin “Hurriyet” qəzetinə istinadən xəbər verir ki, İspaniya və İtaliyadan gözlədiyi təklifləri ala bilməyən futbolçu “Qalatasaray”la müzakirələr aparmağa qərar verib. Argentinalı yarımmüdafiəçinin İstanbula gələrək "Qalatasaray"la görüşəcəyi qeyd edilib. Paradesin qərarını dəyişməsinə İkardinin də təsir etdiyi irəli sürülür.

Ötən mövsümü icarə əsasında "Yuventus"da keçirən Leandro Paredes 35 oyunda 1 qol və 1 məhsuldar ötürmə edib.


metbuat.az.