METBUAT.AZ

Media

“Qafqazinfo” 13 yaşında!

16 avq 2023 09:33

Bu gün “Qafqazinfo” xəbər portalının yarandığı gündür.

16 avqust 2010-cu ildə fəaliyyətə başlayan sayt bu illər ərzində inkişaf edərək sıralarını genişləndirib. Sayt fəaliyyətə başladığı ilk gündən oxucuları obyektiv, operativ, lakonik xəbərlərlə təmin etmək prinsipini əsas götürür.

Portalda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də yer alır.

Metbuat.az kollektivi adından həmkarlarımızı təbrik edir, onlara daha böyük uğurlar arzulayırıq!


metbuat.az.