METBUAT.AZ

İdman

​"Qalatasaray" "Bavariya"nın hücumçusu ilə anlaşdı

31 avq 2023 13:52

"Qalatasaray" "Bavariya"nın ikinci komandasında çıxış edən 19 yaşlı yarımmüdafiəçisi Eyüp Aydınla anlaşıb.

Metbuat.az xəbər verir ki, "Qalatasaray" futbolçunu transfer etmək üçün “Bavariya” ilə də ilkin razılıq əldə edib. Danışıqların davam etdiyi bildirilir. "Qalatasaray"ın “Bavariya” ilə maddi məsələlərlə razılaşacağı təqdirdə transfer həyata keçiriləcək.

Bildirilib ki, Eyüp Aydın "Qalatasaray"la 4 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Eyüp Aydının "Bavariya" ilə müqaviləsi gələn il başa çatır. Gənc futbolçu “Bavariya”nın ikinci komandasında 54 oyuna 4 qol vurub, 10 məhsuldar ötürmə edib.


metbuat.az.