21 avq 2023 12:47
"Qalatasaray"ın "Çelsi"dən transfer etdiyi Hakim Ziyeçi təqdim etmə forması dünya mediasında gündəm olub.
Metbuat.az xəbər verir ki, Hakim Ziyeç “Qalatasaray” və “Trabzonspor” arasındakı qarşılaşma zamanı meydan sahiblərinin qolundan sonra azarkeşlərin arasında ortaya çıxıb. Məlumata görə, "Qalatasaray" Hakim Ziyeçlə 1+1+1 illik müqavilə imzalayıb. İcarə şərtlərinə əsasən futbolçuya bu il üçün 3,5 milyon avro, müqavilə davam edərsə, qalan 2 il üçün isə 2,8 milyon avro ödəniləcək. Hakim Ziyeç klub televiziyasına ilk açıqlamasını verib.
Mərakeşli oyunçu, "Türkiyənin ən böyük klubu "Qalatasaray"da oynadığım üçün çox xoşbəxt və həyəcanlıyam. “Qalatasaray” tarixində digər uğurlu futbolçular kimi iz buraxmaq istəyirəm. Özümə güvənirəm. Komanda olaraq uğur qazanacağıq” deyə bildirib.